Bazarda baş verən yanğında 2 avtomobil yandı

saytların hazırlanması

Evə çatdırılma

Bazarda baş verən yanğında 2 avtomobil yandı

Hadisə

14 Dekabr 2019 16:48 940


Bakının Nəsimi rayonunda, "3-cü mikrorayon bazarı"nın arxasındakı köhnə hamamda baş vermiş yanğın zamanı iki "QAZel" markalı yük avtomobili yanıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədov deyib.

Onun sözlərinə görə, həmin maşınlar qismən yanıb. Dominos pizza

"Yanğın ərazinin 300 kvadrat metrini əhatə edib.  Hadisə yerinə 17 yanğınsöndürən maşın və əlavə qüvvələr də daxil olmaqla ümumilikdə 75 canlı heyət cəlb olunub. Yanğının səbəbləri araşdırılır", - deyə o bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!