BBC-nin cazibədar aparıcısı Şotlandiyanı qarışdırdı   - Fotosessiya

saytların hazırlanması

Evə çatdırılma

BBC-nin cazibədar aparıcısı Şotlandiyanı qarışdırdı - Fotosessiya

Şou

25 Sentyabr 2020 15:09 4267


BBC-nin İngiltərə bölməsinin aparıcısı Maya Cama Avropa Liqasında "Qalatasaray" - "Reyncers" oyunundan əvvəl etdiyi paylaşımla Şotlandiyada qalmaqala səbəb olub.

Yenisabah.az xəbər verir ki, gözəl aparıcı "Twitter" hesabından "Reyncers" formasında çəkilmiş fotosunu paylaşıb.

Bu foto Şotlandiyada "Seltik" - "Reyncers" savaşının yenidən alovlanmasına səbəb olub. Dördpendirli pizza

Maya paylaşdığı fotoya "Bu forma Qlozqodakı bir dostumdan doğum günü hədiyyəsi olaraq gəldi. Mənə bir saat ərzində "Reyncers"in ölkənin ən yaxşı komandası olduğunu anlatmışdı. "Reyncers" Şotlandiyadakı sevimli komandam ola bilər" yazıb.

Camanın bu paylaşımı "Seltik" azarkeşlərinin etirazına səbəb olub. Sərt etirazlardan sonra geri addım atan aparıcı "Deyəsən yeni "Seltik" - "Reyncers" savaşı başlatdım.

Qarışıqlıq istəmirəm. Gələcəkdə Qlazqoda rahat olmaq istəyirəm. Məni sevin. Şotlandları sevirəm, amma indi 3-cü dünya müharibəsi istəmirəmsə, futbol komandası məsələsində tərəf olmamalı olduğunu anladım. Həmçinin bilmədiyim üçün soruşuram. Babam Dollarda yaşayırdı. Bu səbəbdən orda yaşayırsınızsa, hansı komandanı dəstəkləyirsiz?" yazıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!