BDU-da iki yeni şöbə yaradıldı

saytların hazırlanması

Evə çatdırılma

BDU-da iki yeni şöbə yaradıldı

Maraqlı

18 Yanvar 2023 18:50 1470


Bakı Dövlət Universitetində (BDU) iki yeni şöbə yaradılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə ali təhsil müəssisəsindən məlumat verilib.

Bildirilib ki, BDU-da tədris və elmi fəaliyyətin təşkilində səmərəliliyin artırılması, idarəetmənin optimallaşdırılması və təkmilləşdirilməsi məqsədilə struktur islahatları keçirilir. Struktur islahatları çərçivəsində Magistratura və doktorantura şöbəsi ləğv olunub. Onun bazasında Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzində Doktorantura şöbəsi və Tədrisin təşkili və idarə olunması Mərkəzində Magistratura şöbəsi yaradılıb. Bu barədə BDU Elmi Şurasında qərar qəbul olunub. Yeni şöbələrin yaradılması BDU-da magistratura və doktorantura təhsilinin keyfiyyətinin daha da yüksəldilməsinə xidmət edir. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!