BDU-nun kafedra müdirinin oğlu həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

BDU-nun kafedra müdirinin oğlu həbs olundu

Sosial

25 Noyabr 2019 14:50 1363


Bakı Dövlət Universitetinin (BDU) Əmək və ekologiya hüququ kafedrasının müdiri, hüquq elmlər doktoru, professor Alış Qasımovun daxili işlər orqanlarında çalışan oğlu Azər Qasımov həbs edilib.

"Yeni Sabah" APA-ya istinadən məlumat verir ki, A. Qasımov Cinayət Məcəlləsinin 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə), 178-ci (dələduzluq) maddələri ilə təqsirli bilinir. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. 

A. Qasımov barəsində aparılan cinayət işinin istintaqı başa çatıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.  Dördpendirli pizza

Cinayət işi hakim Əli Məmmədovun icraatında araşdırılır.

Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, A. Qasımov polis zabitidir və Bakıda sahə müvəkkili vəzifəsində çalışıb. O, işdə yol verdiyi nöqsanlara görə polis orqanlarından xaric edilib.

Prosesdə təqsirləndirilən şəxsin vəkili A. Qasımovun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət versə də, məhkəmə onu təmin etməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!