BDU-nun professoru karantin qaydalarını pozdu -    Özünə dəbdəbəli ad günü keçirdi + FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

BDU-nun professoru karantin qaydalarını pozdu -  Özünə dəbdəbəli ad günü keçirdi + FOTOLAR

Hadisə

21 Aprel 2021 17:00 1445


Bakı Dövlət Universitetinin (BDU) professoru İradə Hüseynova karantin qaydalarını pozaraq restoranlardan birində özünə dəbdəbəli ad günü keçirib.

Yenisabah.az xəbər verir ki, alim bununla bağlı fotoları “Facebook” hesabında paylaşıb. 

Fotolardan görünür ki, İ.Hüseynova ad günü münasibətilə ziyafət təşkil olunub. Ona üzərində “Ən yaxşı elmi rəhbər” yazılmış tort hədiyyə edilib. Pepperoni pizza

BDU-nun professoru ziyafətdə çəkilən fotoları belə bir təqdimatla paylaşıb: “Elmi rəhbərin ad günündə doktorantından hədiyyə almasından gözəl nə ola bilər. Yaratdığın elmi məktəbin yetirmələrinin sənə qiymət vermələri necə də xoş bir hissdir”.

Xatırladaq ki, İradə Hüseynova BDU-nun “Qafqaz xalqları tarixi” kafedrasının müdiri, “Erməni araşdırmaları” elmi-tədqiqat laboratoriyasının rəhbəri, tarix elmləri doktoru, professor, Elm, təhsil və innovasiyaların inkişafında xidmətlərinə görə Beynəlxalq “Sokrat” mükafatı laureatı (İngiltərə), Azərbaycanın Əməkdar müəllimidir. O, 2009-2011-ci illərdə Təhsil Nazirinin müavini vəzifəsində çalışıb, 1999-cu ildən Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü olub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!