Bəcirəvan bələdiyyəsi üzrə təkrar seçkinin tarixi bəlli oldu

saytların hazırlanması

Evə çatdırılma

Bəcirəvan bələdiyyəsi üzrə təkrar seçkinin tarixi bəlli oldu

Siyasət

04 Fevral 2025 16:30 245


Nəticələri ləğv edilmiş İmişli rayonu Bəcirəvan bələdiyyəsi üzrə təkrar seçki yanvarın 29-da baş tutan bələdiyyə seçkilərinin tam nəticələri təsdiq olunandan sonra elan edilə bilər.

Yenisabah.az report-a istinadla xəbər verir ki, , seçkilərin ümumi nəticələri təsdiq edilməmiş hər-hansı bələdiyyə üzrə təkrar seçkilərdən danışmaq olmaz.

Mərkəzi Seçki Komissiyası (MSK) İmişli rayonunun Ağcüyür və Bəcirəvan kəndlərini əhatə edən Bəcirəvan bələdiyyəsi üzrə keçirilən seçkilərin nəticələrini fevralın 3-də ləğv edib. Sezar pizza

Seçki Məcəlləsinə görə, bələdiyyə üzvləri tam tərkibdə seçilmədikdə, yaxud onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə və bunun nəticəsində bələdiyyənin tərkibi 2/3 hissədən az olduqda MSK-nın qərarı ilə əlavə seçki keçirilir.

“Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”na əsasən, müraciətlərə baxılması fevralın 23-ü, yəni seçkilərin yekunlarının elan edilməsinə qədər aparılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!