Qubada bədbəxt hadisə baş verib.
Yenisabah.az xəbər verir ki, hadisə rayonun Zərdabi qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakinləri, 12 yaşlı Polad Fərhad oğlu Poladov və 13 yaşlı Uğur Xəyyam oğlu Bayramov kəndin kənarında yerləşən yüksək gərginlikli xəttin üzərindəki açarın qutusuna əlləri ilə toxunublar. Nəticədə Polad Fərhadov yerindəcə ölüb. U.Bayramov isə xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin stabil olduğu deyilir. Marqarita pizza
Faktla bağlı araşdırmalar aparılır.
Telegram kanalımız