“Bədən hərarəti və qanda iltihab göstəriciləri yüksəlib“   -  Bəhramdan xəbər var

saytların hazırlanması

Evə çatdırılma

“Bədən hərarəti və qanda iltihab göstəriciləri yüksəlib“ - Bəhramdan xəbər var

Şou

22 İyul 2020 12:07 1109


“Bəhram Bağırzadənin ümumi vəziyyəti orta-ağır, stabil olaraq qalır”.

Yenisabah.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

O bildirib ki, Əməkdar artistin hemodinamik göstəriciləri qaydasındadır: Sezar pizza

“Udqunma və qidalanmada narahatlıq müşahidə edilmir. Fəaldır, yeriyir. Mövcud olan traxeostomik boru daha kiçiyi ilə dəyişdirilib. Son iki gün ərzində həmin boru qapalı saxlanılıb və xəstə fizioloji yolla, burun-ağız yolu ilə tənəffüsdədir.

Yaxın günlərdə həmin borunun da tamamilə çıxarılması nəzərdə tutulur. Ötən gün bədən hərarətinin və qanda iltihabi göstəricilərin yüksəlməsini nəzərə alaraq, infeksionistlərin iştirakı ilə aparılan antibakterial müalicədə müvafiq dəyişikliklər edilib”.

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin müalicəsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!