İstanbulda keçirilən geniş miqyaslı əməliyyatla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) kəşfiyyatı üçün fəaliyyət göstərən 4 nəfərlik casus şəbəkəsi ifşa edilib.
"Yeni Sabah" TRT Haber-ə istinadla xəbər verir ki, MİT (Türkiyənin Milli Kəşfiyyat Təşkilatı) və Təhlükəsizlik Baş İdarəsinin İstanbul Terrorla Mübarizə Şöbəsinin uzunmüddətli birgə təqibi nəticəsində həyata keçirilən əməliyyatda 3 şübhəli saxlanılıb, xaricə qaçdığı müəyyən edilən 1 nəfər barəsində isə axtarış qərarı çıxarılıb.
Araşdırmalara görə, BƏƏ kəşfiyyatına çalışan şəxslər Türkiyədə fəaliyyət göstərən GSM şirkətlərindən əldə etdikləri nömrələrlə saxta sosial media profilləri yaradaraq, müdafiə sənayesi sahəsində fəaliyyət göstərən yüksək vəzifəli rəhbərlər barədə məlumat toplamağa cəhd ediblər. Pepperoni pizza
Eyni zamanda, Xarici İşlər Nazirliyinə məxsus telefon xətlərinə və bəzi xarici ölkələrin rəsmi nümayəndələri ilə əlaqədə olan kritik şəxslərə dair bioqrafik məlumatları ələ keçirməyə çalışıblar.
İstintaq zamanı müəyyən olunub ki, şəbəkə nömrəni satın alan, BƏƏ-yə ötürən və saxta profillərlə məlumat toplayan şəxslərdən ibarət olub.
Bu gün səhər saatlarında İstanbulun müxtəlif ünvanlarında eyni vaxtda aparılan əməliyyatla şübhəlilər ələ keçirilib. Təhlükəsizlik orqanları hadisə ilə bağlı istintaqın davam etdiyini bildirib.
İlhamə Qasımlı
Telegram kanalımız