BƏƏ rəsmisi: İran hücumlara görə təzminat ödəməlidir

saytların hazırlanması

Evə çatdırılma

BƏƏ rəsmisi: İran hücumlara görə təzminat ödəməlidir

Dünya

29 Mart 2026 16:31 491


Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Prezidentinin baş diplomatik müşaviri Ənvər Qarqaş İranın Körfəz ölkələrinə hücumları ilə bağlı siyasi həll üçün əsas şərtləri açıqlayıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Ənvər Qarqaş "X" hesabında paylaşım edib.

Onun sözlərinə görə, İranın ərəb dövlətlərinə qarşı təcavüzünün dayandırılmasına yönəlmiş istənilən siyasi qərar konkret zəmanətləri ehtiva etməlidir: pizza mizza

"Gələcəkdə bu növ hücumların təkrarlanmaması üçün hücum etməmə prinsipi rəsmən təsbit olunmalıdır. İran mülki şəxslərə və önəmli dövlət obyektlərinə vurduğu ziyana görə tam şəkildə təzminat ödəməlidir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!