Bəhram Bağırzadə evə buraxıldı -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bəhram Bağırzadə evə buraxıldı - Fotolar

Şou

27 İyul 2020 17:36 1126


Koronavirusa yoluxan Əməkdar artist Bəhram Bağırzadənin Mərkəzi Gömrük Hospitalındakı müalicəsi başa çatıb.

Yenisabah.az xəbər verir ki, ondan götürülən yeni COVID-19 testinin nəticələri neqativ çıxıb.

Həkimlərin konsiliumunun qərarı ilə Bəhram Bağırzadə bundan sonra həkim-infeksionistin ambulator nəzarəti altında olmaq şərtilə evə buraxılıb. Dominos pizza

Xəstəxana çıxışında Əməkdar artisti sənət dostları qarşılayıb.  

Xatırladaq ki, əməkdar artist Bəhram Bağırzadə iyunun 13-də vəziyyəti kəskin pisləşdiyindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan Mərkəzi Gömrük Hospitalına köçürülərək reanimasiyaya yerləşdirilib. Onun ağciyərlərinin 90 faizi zədələndiyindən əməkdar artist ECMO cihazına qoşulub. İyulun 2-də isə o, ECMO cihazından ayrılıb.

Qeyd edək ki, Bəhram Bağırzadənin müaicəsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətində olub. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!