Bəhram Bağırzadə Hacı Şahinin xatirəsinə bunu etdi

saytların hazırlanması

Evə çatdırılma

Bəhram Bağırzadə Hacı Şahinin xatirəsinə bunu etdi

Şou

27 Fevral 2024 10:50 785


Əməkdar artist Bəhram Bağırzadə mərhum ilahiyyatçı Hacı Şahinin xatirəsinə kitab həsr edib.

Yenisabah.az xəbər verir ki, bu barədə özü instaqramda məlumat yayıb:

“Martın 2-də Hacı Şahinin vəfatından düz bir il keçir. Bu tarixə kimi yaradıcı kollektivimiz “Ramazan – mübarək ayda faydalı işlər” kitabını nəşr etdirəcək. Bəhram əmi balaca oxucularına Ramazan ayının nə olduğunu, mübarək ayda necə davranmalı və hansı faydalı işlərlə məşğul olmaq lazım olduğu barədə məlumat verəcək. Qoy müqəddəs Ramazan bayramı övladlarımız üçün dualarla, Quran oxumaqla, təfəkkürlə, saf niyyətlə, xeyirxah və faydalı əməllərlə dolu xoşbəxt və nurlu bayrama çevrilsin. Uca Allah hamımıza kömək olsun! Pepperoni pizza

“Ramazan - mübarək ayda faydalı işlər” kitabı Uca Allaha xidmət etmiş və xeyirxah əməllərlə dolu qısa, lakin çox yaradıcı ömür sürən, bizi vaxtsız tərk edən mərhum Hacı Şahinin mübarək xatirəsinə həsr olunur”.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!