Bəhramı bu görüntülərə görə qınadılar -   “Camaatın nişanlısını, yoldaşını...” + VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bəhramı bu görüntülərə görə qınadılar - “Camaatın nişanlısını, yoldaşını...” + VİDEO

Şou

08 İyun 2024 09:55 1707


Əməkdar artist Bəhram Bağırzadənin paylaşımı etiraza səbəb olub.

O, avtomobildə gedərkən şəhərdə skuter sürən bir bəylə xanımı lentə alıb və videonu sosial şəbəkə hesabında paylaşıb.

Yenisabah.az xəbər verir ki, bu paylaşım istfiadəçilər tərəfindən birmənalı qarşılanmayıb. Hətta videodakı bəy Bağırzadənin postuna şərh yazıb və onu qınayıb: Dominos pizza

“Bu video nə səbəbə çəkilib bilmirəm, amma silinsə, yaxşı olar. Videodakı oğlan mənəm, yoldaşımlayam. Rəy yazanda ağzınıza gələni yazmayın”.

Digər istifadəçilər də aktyoru qınayaraq insanlardan xəbərsiz videolarını çəkməsinin etik saymayıblar.

“Sizin işiniz-gücünüz yoxdurmu? Camaatın ya yoldaşı, ya nişanlısıdır. Yaşınıza-başınıza hörmət edin!” – deyə, izləyicilərdən biri yazıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!