“Bir tərəfdə Bəhram Bağırzadənin xəstəliyinə inanmayan insanlar, digər tərəfdə isə yaşaması üçün dəridən-qabıqdan çıxan tibbi heyət. Bir tərəfdə bu şoudur deyən kəslər, digər tərəfdə 19/06/2020 tarixli xarici ekspert rəylərində “bir faiz belə yaşama şansı yoxdu” açıqlamasını eşidib üzülənlər və kədərlənənlər... Günlərdi koma vəziyyətində reanimasiyada yatan Bəhram Bağırzadənin səhhətində müsbətə doğru dəyişiklik var. Ağciyər fəaliyyəti yavaş-yavaş bərpa olunur”.
Yenisabah.az xəbər verir ki, bu sözləri özünün sosial şəbəkə hesabında Milli Məclisin deputatı, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov yazıb. Millət vəkili daha sonra sözlərinə belə davam edib: “Ümidlərimizin tükəndiyi anda, “ağciyər transplantasiyası yoxsa mezenkimal kök hüceyrəmi?” kimi fərqli spekulyativ müzakirələrin aparıldığı şəraitdə Bəhram qardaşımız yaşamaq uğrunda mübarizə apardı və bu hələ də davam edir...
Tezliklə şəfa tapmağını, gözlərini yenidən açmağını və ayağa qalxaraq yayılan bütün şayiələrə özünün açıqlama verməsini diləyirəm... Sezar pizza
Tanrı Sizləri, Dövlətimizi və Dünyamızı QORUSUN!”
Telegram kanalımız