Bəhruz Məmmədov vəzifəsindən azad edildi

saytların hazırlanması

Evə çatdırılma

Bəhruz Məmmədov vəzifəsindən azad edildi

Siyasət

01 Fevral 2025 21:39 5094


Hesablama Palatasının keçirdiyi yoxlamanın nəticəsi olaraq Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin birinci müavini  Bəhruz Əmir oğlu Məmmədov tutduğu vəzifəsindən azad olunub.

Yenisabah.az Nocomment.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu haqqda sərəncam imzalayıb.

O, agentlikdə işlədiyi müddət ərzində qanunsuzluqlarla və işçilərə qarşı etdiyi haqsızlıqlarla tanınırdı. Dördpendirli pizza

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bir neçə gündür ki, agentlikdə yoxlamalar aparırdı.

Xatırladaq ki, Azərbaycan Prezidentinin 2023-cü il 28 yanvar tarixli müvafiq sərəncamı ilə Bəhruz Əmir oğlu Məmmədov Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdi.

Qeyd edək ki, B.Məmmədov bu vəzidəsinədək Azərbaycan Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsi müdirinin müavini vəzifəsində çalışıb.

Sərəncamı təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!