Belarus ABŞ-yə şərt qoydu

saytların hazırlanması

Evə çatdırılma

Belarus ABŞ-yə şərt qoydu

Siyasət

26 Avqust 2025 23:09 462


Belarus amerikalı diplomatlarla Minsk tərəfindən çoxlu sayda məhbusun azad edilməsi ilə bağlı danışıqlar aparır. Bunun müqabilində Belarus Prezidenti Aleksandr Lukaşenko amerikalı həmkarı Donald Trampdan sanksiyaları yumşaltmağı xahiş edib.

Yenisabah.az xəbər verir ki, bu barədə "Rzeczpospolita" nəşri mənbələrə istinadən məlumat yayıb.

Minsk "Belavia" aviaşirkəti və kalium gübrəsi istehsalçısı "Belaruskaliy"ə qarşı sanksiyaların qaldırılacağına ümid edir. Qəzetin mənbəsinin sözlərinə görə, Lukaşenko "təcriddən çıxmağa" və ABŞ prezidenti ilə münasibətləri sahmana salmağa çalışır./Oxu.az Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!