Belarus prezidentliyinə namizədin oğlu Ukraynada həlak oldu

saytların hazırlanması

Evə çatdırılma

Belarus prezidentliyinə namizədin oğlu Ukraynada həlak oldu

Dünya

21 Oktyabr 2025 18:27 337


Rusiya tərəfində döyüşən və itkin düşmüş hesab olunan Belarus prezidentliyinə namizəd olmuş Dmitri Usun oğlu İvan Us Ukraynada həlak olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun Birləşmiş Qüvvələr Komandanlığı məlumat yayıb.

Məlumata görə, İvan Us bu ilin yanvarında müqavilə bağlayaraq Ukraynaya qarşı müharibəyə qoşulub. Lakin iki ay sonra, yəni mart ayında onunla əlaqə itib və itkin düşmüş hesab olunub. Oktyabr ayında Ukrayna tərəfindən təhvil verilən Rusiya əsgərlərinin meyitləri arasında İvan Usun qalıqları da aşkarlanıb və şəxsiyyəti müəyyən edilib. pizza mizza

Qeyd edək ki, Dmitri Us 2010-cu ildə Belarusda prezident seçkilərində namizəd olub, o, cəmi 0.4% səs toplayıb./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!