Belarus “Şərq Tərəfdaşlığı”ndan uzaqlaşır

saytların hazırlanması

Evə çatdırılma

Belarus “Şərq Tərəfdaşlığı”ndan uzaqlaşır

Dünya

17 Noyabr 2020 17:47 1190


Belarus Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” təşəbbüsündə iştirak səviyyəsini ekspert səviyyəsinə qədər endirib.

Yenisabah.az xəbər verir ki, bunu Belarusun xarici işlər naziri Vladimir Makey deyib.

“Bu təşəbbüs çərçivəsində bir sıra infrastruktur, regionlararası layihələri siyasiləşdirməyə cəhd göstərildiyini görürük”, - “Sputnik” agentliyi nazirdən sitat gətirib. Marqarita pizza

Belarus hökuməti həmçinin rəsmi Brüssel ilə insan hüquqları mövzusunda dialoqu davam etdirməkdən imtina edib.

“Biz həssas məsələləri müzakirə etməkdən heç vaxt imtina etməmişik. Ancaq bu gün bu məsələlərin tamamilə siyasiləşdirildiyini görürük. Buna görə də Aİ ilə insan haqları mövzusunda dialoqun davam etdirilməsində heç bir məna görmürük”, - o söyləyib. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!