Belarus Ukraynaya hücum edəcək? - Lukaşenkodan AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Belarus Ukraynaya hücum edəcək? - Lukaşenkodan AÇIQLAMA

Siyasət

23 Avqust 2025 00:09 803


“Belarus Ukraynaya hücum etmək fikrində deyil və yalnız kənardan hücum edilərsə döyüşəcək.”

Yenisabah.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

O, ABŞ və Ukraynanın razılığa gəlməyəcəyi təqdirdə Belarusun Ukraynaya şimaldan hücum edəcəyi və Rusiya ilə birlikdə hücuma keçəcəyi ilə bağlı şayiələrə münasibət bildirib. pizza sifarişi

"Bu, qeyri-mümkündür. Bu, bizə nə üçün lazımdır? Biz heç vaxt özümüzə belə məqsədlər qoymamışıq. Yalnız bir halda mübarizə aparacağıq: kimsə bizə hücum edərsə. O zaman biz bütün mümkün və qeyri-mümkün üsullarla mübarizə aparacağıq. Hələlik Ukrayna bizə qarşı döyüşmək fikrində deyil", - dövlət başçısı bildirib./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!