Belarusda 500-dən çox etirazçı saxlanılıb

saytların hazırlanması

Evə çatdırılma

Belarusda 500-dən çox etirazçı saxlanılıb

Dünya

12 Oktyabr 2020 06:58 838


Belarus şəhərlərində baş verən aksiyalar zamanı hüquq-mühafizə orqanları tərəfindən saxlanılan etirazçıların sayı 500 nəfəri keçib.

Yenisabah.az xəbər verir ki, bu barədə “Vesna” hüquq müdafiəsi mərkəzi məlumat yayıb.

Təşkilatın saytında dərc olunmuş siyahıda 501 nəfərin adı yer alıb. Bildirilir ki, həbs olunanların arasında Belarus biatlonçusu, dörd qat Olimpiya çempionu Daria Domraçevanın qardaşı, arxitektor Nikita Domraçev də var. Həmçinin etirazlar aksiyalarını işıqlandıran 40-dan çox media nümayəndəsi saxlanılıb, onların əksəriyyəti artıq sərbəst buraxılıb. Dördpendirli pizza

Aksiyalar Berezovka, Brest, Bobruysk, Vitebsk, Qomel, Grodno, Jlobin, Kobrin, Moqilyev, Molodeçno, Soliqorskda qeydə alınıb. Minskdə müxalifət “Qürur yürüşü” keçirməyə cəhd etsə də, təhlükəsizlik qüvvələri onun qarşısını alıb. (APA)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!