Belarusdan iki ölkəyə sərt reaksiya

saytların hazırlanması

Evə çatdırılma

Belarusdan iki ölkəyə sərt reaksiya

Dünya

11 Sentyabr 2025 23:47 286


Belarus Polşa və Latviyanın Belarus sərhədi boyunca hava məkanını bağlamaq qərarını pisləyib.

Yenisabah.az xəbər verir ki, bu barədə Belarus XİN bəyanat yayıb.

“Belarus Xarici İşlər Nazirliyi Polşa və Latviya hakimiyyətinin Belarus sərhədində hava məkanını faktiki olaraq bağlama qərarını qətiyyətlə pisləyir. Sezar pizza

Varşava və Riqanın qəbul etdiyi qərarlar Avropa Birliyinin (AB) və onun tərəfdaşlarına ciddi ziyan vuracaq və gərginliyin daha da artmasına səbəb olacaq. Bu addım AB-nin özünütəcridini dərinləşdirəcək.

Bundan başqa, aviadaşıyıcılar tərəfindən marşrutların məcburi genişləndirilməsi karbon emissiyalarının əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq. Bu isə AB-nin yaşıl iqtisadiyyata keçid məqsədlərinə birbaşa zidd olacaq", - deyə bəyanatda qeyd olunub./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!