Belaruslu futbolçu Azərbaycanın qələbəsindən danışdı:   “Çox bacarıqlı, təşkilatlanmış...“

saytların hazırlanması

Evə çatdırılma

Belaruslu futbolçu Azərbaycanın qələbəsindən danışdı: “Çox bacarıqlı, təşkilatlanmış...“

İdman

03 İyun 2021 10:30 1347


Çox bacarıqlı, təşkilatlanmış rəqiblə yaxşı oyun oldu. Oyuna ciddi hazırlaşmışdıq. Müdafiədə yaxşı oynadıq, mövqe hücumları və əks hücumlar oldu, ancaq səhvlərimizə görə qollar buraxdıq".

Yenisabah.az xəbər verir ki, bu sözləri Belarus millisinin futbolçusu Yevgeni Yablonski Azəfrbaycana 1:2 hesabı ilə uduzduqları beynəlxalq yoldaşlıq oyunundan sonra ölkəsinin mətbuatına açıqlamasında deyib.

Onun sözlərinə görə,  daha yaxşı oynaya bilərdilər: "Ancaq bu təcrübədir. Səhvləri düzəldib və daha yaxşı olacağıq". Toyuqlu pizza

BATE-nin yarımmüdafiəçi Belçika matçı ilə müqayisədə heyətin tamamilə fərqli olması haqda da danışıb: "Millidə çox sayda yeni futbolçular var, amma yenə də yaxşı  komandaya sahibik. Hər kəs milli komandaya gəlməkdən xoşbəxtdir və bu gün bütün futbolçular çalışdılar, yaxşı oynadılar".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!