Belçika-Azərbaycan oyununun hakimləri bəlli oldu

saytların hazırlanması

Evə çatdırılma

Belçika-Azərbaycan oyununun hakimləri bəlli oldu

İdman

16 Noyabr 2023 13:34 816


Brüsseldə Belçika və Azərbaycan milli komandaları arasında keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyununun təyinatları bəlli olub.

Yenisabah.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Macarıstandan olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Gerqo Boqara Teodoros Georgiu və Balaş Salai kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Ferents Karako yerinə yetirəcək. Toyuqlu pizza

Azərbaycan yığması seçmə mərhələdə sonuncu matçını məhz Belçikaya qarşı keçirəcək. Noyabrın 19-da Brüsseldə reallaşacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Final mərhələsinə vəsiqəni əvvəlki turlarda təmin edən “qırmızı şeytanlar” hazırda F qrupunda 17 xalla liderdir. Millimiz isə 4 xalla 4-cü pillədə qərarlaşıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!