Belçika millimizlə oyundan əvvəl qələbə qazandı

saytların hazırlanması

Evə çatdırılma

Belçika millimizlə oyundan əvvəl qələbə qazandı

İdman

16 Noyabr 2023 10:13 762


Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsindəki rəqiblərindən olan Belçika yoldaşlıq oyununda qüvvəsini sınayıb.

Yenisabah.az xəbər verir ki, Domeniko Tedeskonun baş məşqçisi olduğu kollektiv Serbiyanı qəbul edib.

Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə bitib - 1:0. Yeganə qolu 2-ci dəqiqədə Yannik Karrasko vurub. pizza

Azərbaycan yığması seçmə mərhələdə sonuncu matçını məhz Belçiya qarşı keçirəcək. Noyabrın 19-da Brüsseldə reallaşacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Final mərhələsinə vəsiqəni əvvəlki turlarda təmin edən “qırmızı şeytanlar” hazırda F qrupunda 17 xalla liderdir. Millimiz isə 4 xalla 4-cü pillədə qərarlaşıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!