Belçika paytaxtına ordu yeridilə bilər

saytların hazırlanması

Evə çatdırılma

Belçika paytaxtına ordu yeridilə bilər

Dünya

11 Oktyabr 2025 21:15 386


Brüsseldə təhlükəsizliklə bağlı vəziyyət fəlakətli xarakter alır.

Yenisabah.az xəbər verir ki, bu barədə Belçikanın müdafiə naziri Teo Franken "Le Soir" nəşrinə müsahibəsində deyib.

O, hazırda paytaxt küçələrinə hərbçilərin yerləşdirilməsi məsələsinin müzakirə olunduğunu bildirib. Pepperoni pizza

Məlumata görə, Belçikanın müdafiə və daxili işlər nazirləri paytaxtda narkotiklərlə bağlı zorakılığa qarşı mübarizə aparmaq üçün Brüssel küçələrinə qoşun yeritmək barədə razılığa gəliblər.

Buna baxmayaraq, müdafiə naziri vurğulayıb ki, təhlükəsizlik ordunun deyil, polisin prioritetidir./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!