Avropa çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.
Yenisabah.az xəbər verir ki, günün ikinci matçında Belçika və Portuqaliya yığmaları üz-üzə gəlib.
İspaniyanın Sevilya şəhərində keçirilən matç Belçikanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 42-ci dəqiqədə Torqan Azarın vurduğu qol komandasına qələbə qazandırıb. pizza mizza
Roberto Martinesin baş məşqçi olduğu kollektiv 1/4 finalda İtaliya ilə üz-üzə gələcək.
27 iyun
Avro-2020, 1/8 final mərhələsi
23:00. Belçika - Portuqaliya - 1:0
Qol: Torqan Hazard, 42
Baş hakim: Feliks Brix (Almaniya)
Sevilya. "Estadio La Cartuja"
Telegram kanalımız