Belçika Ukraynaya bir milyardlıq hərbi yardım ayıracaq

saytların hazırlanması

Evə çatdırılma

Belçika Ukraynaya bir milyardlıq hərbi yardım ayıracaq

Dünya

18 May 2025 17:45 252


Belçika Ukraynaya bir milyard avro məbləğində hərbi yardım paketi verəcək.

Bu barədə Oxu.Az TIJD nəşrinə istinadla xəbər verir.

Yeni yardım paketinə təqribən 100 ədəd "Unimog" markalı zirehli təcili yardım maşınları və nəqliyyat vasitəsi, eləcə də silah və artilleriya daxildir. pizza mizza

Belçikanın müdafiə naziri Teo Frankenin sözlərinə görə, yardımın əksər hissəsi (645 milyon avro) Belçika mənşəlidir.

Belçika həmçinin Ukraynaya beş pilotsuz dəniz gəmisi və digər pilotsuz uçuş aparatları, dəbilqələr, tibbi avadanlıqlar, portativ dron aşkarlama sistemləri, gecə görmə gözlükləri və kimyəvi, bioloji, radioloji və nüvə təhlükələrinə qarşı qoruyucu geyimlər, 16 mindən çox silah, həmçinin 20 təkmilləşdirilmiş "Cerber zenit sistemi və "Leopard" döyüş tankı tədarük edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!