Belçikada “Barselona” azarkeşlərini daşıyan avtobus yandı

saytların hazırlanması

Evə çatdırılma

Belçikada “Barselona” azarkeşlərini daşıyan avtobus yandı

Dünya

06 Noyabr 2025 00:28 317


Belçikada Çempionlar Liqasının matçına gedən “Barselona” azarkeşlərini daşıyan avtobusda yanğın baş verib.

APA xəbər verir ki, bu barədə Diario Sport qəzeti məlumat yayıb.

Hadisə zamanı bütün fanatlar təxliyə olunub, onlara xüsusi xidmət əməkdaşları nəqliyyatı tərk etməkdə kömək ediblər. pizza

Xəsarət alanlar barədə məlumat yoxdur.

Qeyd edək ki, “Brügge” və “Barselona” komandaları Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində üz-üzə gəlir.

Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!