Belçikada “quş qripi“ tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Belçikada “quş qripi“ tapıldı

Dünya

28 Noyabr 2020 11:34 977


Belçikada quşçuluq təsərrüfatında quş qripi xəstəliyinin yüksək patogenli H5N5 ştammı qeydə alınıb.

Yenisabah.az xəbər verir ki, bu barədə RTL telekanalı bildirib.

Qeyd edilib ki, xəstəlik ölkənin Menen kəndində yerləşən fermada aşkar edilib. Xəstəlikdən 600 quş ölüb, xəstəliyin yayılmasının qarşısını almaq üçün 151 min quş kəsilib. Quş qripi insanlara yoluxa bilər, virusun müxtəlif mutasiyaları təhlükəli ola bilər. Sezar pizza

Norveç Qida Təhlükəsizliyi İdarəsinin verdiyi məlumata görə, H5N8 quş qripi ştammı Norveçdə vəhşi quşda da aşkar edilib.

Bildirilib ki, bu ştammın insanlar üçün yoluxma riski çox aşağı kimi qiymətləndirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!