Belçikada RƏZALƏT: Rəqib azarkeşlərin üzərinə ölü siçovullar atdılar 

saytların hazırlanması

Evə çatdırılma

Belçikada RƏZALƏT: Rəqib azarkeşlərin üzərinə ölü siçovullar atdılar 

İdman

18 Aprel 2023 11:19 719


Belçika çempionatının 33-cü turunda “Standard” - "Şerlarua" oyunu zamanı xoşagəlməz hadisələr baş verib. 

Yenisabah.az xəbər verir ki, qonaq komandanın fanatları ev sahiblərinin azarkeşlərinin üzərinə ölü siçovullar atıblar. 

Matçdan sonra Lyej klubunun azarkeşləri "Şarlerua"nın fanatlarını nalayiq davranışda ittiham ediblər.  pizza

"Standard"ın bir fanatı məsələ ilə əlaqədar açıqlamasında bildirib: “Şarlerua”nın azarkeşləri rəqib sektorunu qırmızı rəngdə (“qırmızılar” – “Standart”ın ləqəbi – red.) boyanmış ağ, ölü siçovullar atıblar. Söhbət bir-iki ölü heyvandan yox, onlarla heyvandan gedir. Əvvəlcə düşündük ki, bu, ola bilməz. Tribunaya atılanların alışqan və ya başqa kiçik əşyalar olduğunu düşündük. Biz əslində futbol stadionunda siçovulların olacağını gözləmirdik. Həmin siçovulların atıldığı tribunada çoxlu uşaq və əlil arabasında olan insanlar var idi". 

Bundan əlavə, oyuna gələn "Şerlarua" azarkeşlərinin çoxu ağ kostyum geyinib və özlərini "zərərvericilərlə mübarizə aparan" adlandırırıblar. 

"Standard" azarkeşlər sosial mediada "Maurice Dufrance" stadionunun tribunalarındakı ölü siçovulun şəklini yerləşdirərək Belçika çempionatının rəhbərliyini hərəkətə keçməyə və müxtəlif heyvan rifahı təşkilatlarını vəziyyətə müdaxilə etməyə çağırıblar. 

Qeyd edək ki, “Standard” - "Şerlarua" görüşü meydan sahilərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!