Belçikalı qapıçı Miqel van Damm 28 yaşında dünyasını dəyişib.
Yenisabah.az "Het Laatste Nieuws"a istinadən xəbər verir ki, Belçikanın birinci divizion təmsilçisi "Serkl Brügge"nin qolkiperi xəstəlikdən vəfat edib. O, beş ildən artıq idi ki, leykemiya ilə mübarizə aparırdı.
Futbolçunun ölümünü həyat yoldaşı da təsdiqləyib. Cütlüyün ötən ilin mayında bir qızı olub. Dominos pizza
“Monako” və bir çox futbol klubu qapıçının dostlarına və ailəsinə başsağlığı verib.
Qeyd edək ki, Van Damma 2016-cı ildə bu xəstəliyin diaqnozu qoyulmuşdu. 2019-cu ilin əvvəlində Migel sağalmış və məşqlərə qayıtmışdı. Lakin həmin ilin yayında onda xəstəlik yenidən aşkarlanmışdı.
Telegram kanalımız