“Belə bədən quruluşlu ifaçıları necə qızınıza, xanımınıza yaraşdırırsınız?”

saytların hazırlanması

Evə çatdırılma

“Belə bədən quruluşlu ifaçıları necə qızınıza, xanımınıza yaraşdırırsınız?”

Şou

13 Noyabr 2025 15:39 17156


"Muğam" televiziya müsabiqəsinin qalibi Günay İmamverdiyeva bayağı ifaçıları və səhnə geyimində ölçünü bilməyən müğənniləri sərt tənqid edib. 

"Yeni Sabah" milli.az-a istinadla xəbər verir ki, o, "Öz aramızda" çıxışı zamanı bəzi ifaçıların ailə məclislərinə dəvət olunmasını düzgün saymayıb:

"Belə bədən quruluşunda və geyimdə olan ifaçıları necə ailə məclisinə çağırırsınız?! Körpə balanız, ailəniz qarşısında çıxış edirlər. Uşaq valideyndən tərbiyə alır, amma bu insanları həyatda da görür. Necə olur ki, öz xanımlarınız, bacılarınızla belə ifaçıları eyni mühitdə görmək sizə normal gəlir?! Onsuz da sosial şəbəkədə uşaqlarımız hər şeyi görür". Marqarita pizza

Günay İmamverdiyeva bəzi sənətçilərin davranışlarını "şou göstərmək" kimi dəyərləndirərək əlavə edib:

"Bayağı müğənniləri sənətçi adlandırmayın. İki-üç nəfər var ki, səhnədə şou göstərir, amma bu, musiqi deyil".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!