“Belə olsa, daha baha satılar” –   Ekspertdən xurma probleminə çözüm

saytların hazırlanması

Evə çatdırılma

“Belə olsa, daha baha satılar” – Ekspertdən xurma probleminə çözüm

İqtisadiyyat

28 Oktyabr 2019 10:37 1830


Xəbər verdiyimiz kimi, Bərdədə xurma yetişsə də, tonlarla məhsul bağlarda qalıb. Kəndlilər yetişdirdikləri xurmanı sata bilmir. Kəndli fermerlər məhsulun yarısının ağacda, yarısının yerdə qalmasından şikayətlənirlər. Dediklərinə görə, hazırda kilosu 10 qəpikdən də aşağı olan xurmaya alıcı tapılmır.

Tovuzda da şişburun adlandırılan meyvənin yığımına başlanılıb. Ötən illə müqayisədə bu mövsüm məhsuldarlıq daha yüksəkdir. Qiymətlərdə də fərqlər var. Bu il bağ sahibləri xurmanı ötən ilə nisbətən ucuz satırlar. Qıymətlər ucuz olsa da, Tovuzda mal satılır. Alıcılar meyvəni Rusiya bazarlarına aparır. Bir yeşikdə 8-10 kiloqram xurma olur. Ölkəmizdə xurmanın bir neçə sortu yetişsə də, daha çox tələbatın yapon və şərq növlərinədir.

Görəsən, ölkəmizdə bu meyvəyə tələbat niyə yoxdur? Bu vəziyyətdən şikayətçi olan fermerlər nə etməlidir? Sezar pizza

Mövzu ilə əlaqədar “Yeni Sabah”a danışan kənd təsərrüfatı eksperti Nicat Nəsirli fermerləri təkcə satışla məşğul olmamağa səsləyib.

“Son illər əgər rəqəmlərə müraciət etsək, çox sürətlə ərazisi artan meyvələrdən biri də xurmadır. Xurma artıq ixracda 3-4-cü yeri tutur. Bu mənada xurmaya çox böyük maraq yaranıb. Amma məsələ ondan ibarətdir ki, xurma elə meyvədir ki, mövsümün ən son meyvələrindən biridir və bu meyvə növü hamısı eyni vaxtda yetişir. Digər meyvələrin ilkin, orta, gec yetişən sortları olur, amma xurmada belə deyil. Bu zaman təbii ki, bu qədər məhsulun qısa optimal vaxtda yığılması, qablaşdırılması, daxili və xarici bazara realizə olunması mümkün deyil.  

Razılaşaq ki, Bərdə də elə regiondur ki, ənənəvi meyvəçilik regionu deyil. Mən bilən Bərdə də bir dənə soyuducu anbar var, bu da ki, soğan tədarükü ilə məşğuldur. Regionlarımız da problem o dur ki,  insanların saxlanc yerləri yoxdur. Soyuducu anbarlar da ixtisaslaşmış olmalıdır. Çünki hər anbarda istənilən meyvəni, tərəvəzi saxlaya bilmərsiz. 

Dünən özüm də yarmarkalara baş çəkdim. Özüm də müşahidə etdim ki, bazarda ən sürətlə ucuzlaşan meyvə elə xurmadır. Bu meyvənin mövsümü təxminən noyabrın sonlarına kimidir. Problem budur ki, kütləvi yetişmə var. Təkcə yetişdirən Bərdə deyil, Quba, Qusar, ən bol xurma olan Şəmkir... Bunların hamısı eyni vaxtda yetişir. 

Bəzi fermerlərə təklif edirik ki, harda çətinliyi varsa, “Aqrar tədarük və Təchizat” ASC-yə, 1652 nömrəsini yığaraq müraciət etsinlər. Bu qurumun özünün həftəsonu öz yarmarkaları da var, Bakıda və digər bölgələrdə. Eyni zamanda tədarükdə həyata keçirirlər”.  

N.Nəsiri bildirib ki, bazarlarda ideal tədarük qurulsa belə, bu qədər meyvə-tərəvəzi bazara çıxartmaq mümkün deyil:

“Biz mütləq emal sənayəsini inkişaf etdirməliyik. Xurmanın timsalında onu müşahidə edirik ki, bağlar sürətlə artıb. Hər il 300-400 hektar xurma bağları artıb bölgələrdə. Amma biz emalın inkişafını görmürük. Hamı meyvəni əkib, yaş şəkildə satmaqla məşğuldur. Amma unudurlar ki, meyvəni əkəndə orda böyük mənfəət qalmır. Mən deyərdim ki, meyvələr içərisində yeganə meyvədir ki, emaldan keçərsə, daha baha satılar. Məsələn, xurmanın bəhməzi, çox qimətli məhsuldur. Xurmanın cemi, xurmanın qurusu və s. Xurmanın qurusunu insanlar daha çox istehlak edirlər. Biz fermerlərə kiçik emalı məsləhət görürük. Xurma elə bir meyvədir ki, onun emalı üçün milyonlara ehtiyac yoxdur. Dədə-babadan xurmanı harda emal edirdilər? Evlərin küncündə. Onu da deməliyik ki, insnaların meyvə istehlakı çox aşağıdır”.

Sabrina

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!