Bələdiyyə seçkiləri üzrə yekun seçici fəallığı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Bələdiyyə seçkiləri üzrə yekun seçici fəallığı açıqlandı

Sosial

23 Dekabr 2019 18:09 1578


Azərbaycanda keçirilən bələdiyyə seçkilərində yekun seçici fəallığı açıqlanıb.

"Yeni Sabah" xəbər verir ki, Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, seçki məntəqələrində seçici fəallığı 32.72% faiz olub.

O, səsvermə hüququna malik 4 972 356 seçicidən 1 627 064 nəfərinin səs verdiyini diqqətə çatdırıb. Dördpendirli pizza

Qeyd edək ki, bələdiyyə seçkiləri ölkə üzrə 5049 seçki məntəqəsində keçirilib. 118 seçki dairəsi üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçilməlidir. Seçkilərdə 13 siyasi partiya iştirak edib, 41 462 namizəd qeydiyyata alınıb. Səs vermək hüququna malik 4 972 356 seçicinin adı seçici siyahısına daxil edilib.

Seçki prosesini izləmək üçün 1000 məntəqədə vebkameralar quraşdırılıb. Həmin məntəqələrdəki səsvermə prosesi dünyanın istənilən nöqtəsindən izlənilib. Eyni zamanda ilk dəfə olaraq yeni nəsil şəxsiyyət vəsiqələrinin oxunması üçün bütün seçki məntəqələri “çip oxuyan” cihazlarla təmin edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!