Bələdiyyə seçkilərində mübarizə aparan namizədlərin sayı AÇIQLANDI

saytların hazırlanması

Evə çatdırılma

Bələdiyyə seçkilərində mübarizə aparan namizədlərin sayı AÇIQLANDI

Siyasət

11 Yanvar 2025 12:37 412


Bələdiyyə seçkiləri ilə əlaqədar hazırda 16 min 128 namizəd mübarizə aparır.

Yenisabah.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov söyləyib.

Onun sözlərinə görə, seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün ümumilikdə 66 mindən çox yerli müşahidəçi akkreditasiyadan keçib. pizza mizza

Məzahir Pənahov həmçinin qeyd edib ki, məntəqələrdə veb-kameralar quraşdırılacaq, həmin veb-kameralar 1000 məntəqəni əhatə edəcək: "Seçkilərin keçirilməsində əsas tələblərindən biri prosesin şəffaflığıdır. Ona görə də media nümayəndələri də seçkiləri sərbəst şəkildə izləyə biləcəklər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!