Bələdiyyə seçkilərinin nəticələri bu tarixdə təsdiqlənəcək

saytların hazırlanması

Evə çatdırılma

Bələdiyyə seçkilərinin nəticələri bu tarixdə təsdiqlənəcək

Siyasət

25 Dekabr 2019 09:27 1038


Mərkəzi Seçki Komissiyası (MSK) dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin nəticələrini 2020-ci il yanvarın 12-dək təsdiqləyəcək.

"Yeni Sabah"ın məlumatına görə, Seçki Məcəlləsinin 108.2, 239-cu maddələrinə əsasən, MSK səsvermə günündən başlayaraq ən geci 20 gün müddətində seçkilərin yekunlarının yoxlamalı və təsdiq etməlidir.

Dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar bu müddət 2020-ci il yanvarın 12-dək olan dövrü əhatə edir. pizza hut

Eyni zamanda Seçki Məcəlləsinin 241-ci maddəsinə əsasən, MSK səsvermə günündən başlayaraq ən geci 25 gün müddətində seçkilərin yekununu elan etməlidir. Dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar bu müddət 2020-ci il yanvarın 17-dək olan dövrü əhatə edir. /APA

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!