Bələdiyyə sədri cərimələndi   - 3 500 manat ödəyəcək

saytların hazırlanması

Evə çatdırılma

Bələdiyyə sədri cərimələndi - 3 500 manat ödəyəcək

Sosial

22 Aprel 2020 15:58 1686


Azərbaycanda tullantıların düzgün idarə edilməməsinə görə bələdiyyə sədri cəzalanıb.

Yenisabah.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəəbr verir ki, sözügedən qurum Samux rayonu Hacıalılı kəndi ərazisində məişət tullantılarının qalaqlanması və ətrafa iy-qoxunun yayılması ilə bağlı daxil olan şikayət yerində araşdırılıb.

Araşdırma zamanı fakt təsdiqini tapıb. Ərazidə tullantıların qeyri-mütəşəkkil atıldığı və qanunvericiliyə uyğun idarə edilmədiyi aşkarlanıb. Tullantıların idarə olunmasına cavabdeh Hacıalılı bələdiyyəsinin sədri Nizami Abbasov barəsində protokol tərtib olunub və o, 3500 manat məbləğində cərimə edilib. pizza mizza

Ərazinin qısa vaxt ərzində tullantılardan təmizlənməsi, qanunvericiliyə uyğun idarə olunması və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə bələdiyyə sədrinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!