Bələdiyyə sədrinə cinayət işi açıldı

saytların hazırlanması

Evə çatdırılma

Bələdiyyə sədrinə cinayət işi açıldı

Sosial

04 Sentyabr 2020 12:03 600


Ölkəmizdə həyata keçirilən islahatlara kölgə salan vəzifəli şəxslər tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək qanun pozuntuları törədilməsi hallarına qarşı prokurorluq orqanlarının mübarizə tədbirləri davam etdirilir.

Bu barədə Yenisabah.az-a İsmayıllı Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, həmin tədbirlərdən biri kimi, İsmayıllı rayon Tircan bələdiyyəsinin sədri Əhməd Çələbiyevin bələdiyyə sədri işlədiyi dövrdə qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında İsmayıllı rayon prokurorluğunda araşdırma aparılıb. Sezar pizza

Aparılan araşdırmalarla Əhməd Çələbiyevin 2016-2020-ci illər ərzində bələdiyyə sədri vəzifəsində işləyən zaman bələdiyyəyə məxsus 65 hektar torpaq sahəsini yalan məlumatlar daxil etməklə tərtib etdiyi icarə müqaviləsi əsasında 3 il müddətinə Əflatun Həsənova verməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!