Türkiyənin Yeşilova Bələdiyyəsinin sədri Mümtaz Şenel və həyat yoldaşı Fatma Şeneli güllələyən şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam edir.
Yenisabah.az xəbər verir ki, geniş həcmli araşdırma nəticəsində hadisədə iştirak etməkdə ittiham olunan 12 nəfər nəzarətə götürülüb. Onlardan biri polis şöbəsində sorğu-sualdan sonra sərbəst buraxılıb. Daha sonra isə 3-ü azad edilib. Dünən axşam saatlarınadək davam edən proses nəticəsində isə hücumun təşəbbüskarı olduğu müəyyənləşən Evren Erdem, Şenol Gürcan və Dəniz Bağ həbs edilib.
Telegram kanalımız