Yeşilova bələdiyyəsinin CHP-li sədri, 68 yaşlı Mümtaz Şenelə silahlı hücum olub.
Yenisabah.az “Milliyet”ə istinadən bildirilir ki, hadisə gecə yerli vaxtla saat 04:30 radələrində baş verib. Belə ki, naməlum şəxslər bələdiyyə sədrinin evinə gələrək, özlərini polis kimi təqdim edərək onu küçəyə çağırıblar. Sonra isə onun ayaqlarına beş dəfə atəş açıblar.
Sədrin 64 yaşlı xanımı Fatma Şenel də hər iki ayağından vurulub. Toyuqlu pizza
Hadisə yerinə çoxlu polis və təcili yardım maşını cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların həyatının təhlükədə olmadığı bildiriilir.
Xatırladaq ki, Mümtaz Şenel Türkiyənin Burdur əyalətində aparılan tikinti işi işinə görə qurudulan Salda gölü ilə bağlı "Gölün qurudulmasına icazə verməyəcəyik" demişdi. Hücumun onun bu çıxışı ilə bağlı olduğu ehtimal edilir.
Faktla bağlı istintaq başlayıb.
Telegram kanalımız