Bələdiyyə üzvlərini döyənlər Qarabağ qaziləridir?   - DİN-dən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Bələdiyyə üzvlərini döyənlər Qarabağ qaziləridir? - DİN-dən açıqlama

Hadisə

10 Dekabr 2021 14:28 1009


Bakıda özlərini Qarabağ qazisi kimi təqdim edən şəxslər bələdiyyə üzvlərini döyüb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Yenisabah.az-a bildirib ki, dekabrın 9-da saat 11 radələrində özlərini “Çinar Park” MMC-nin işçiləri və Qarabağ qaziləri kimi təqdim edən bir qrup şəxs Yasamal rayon bələdiyyəsinin inzibati binasına daxil olub.

Daha sonra onlar bələdiyyə ilə MMC arasında bağlanan müqavilənin vaxtından əvvəl ləğv edilməsinə etiraz edərək inzibati binanın otaqlarında dağıntılar törədib və bələdiyyənin 2 üzvünü döyərək onlara xəsarətlər yetiriblər. Dördpendirli pizza

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin olunub və iş üzrə istintaq hərəkətləri aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!