“Belələri Erkinin bu addımını lağa qoyub...” – Vəkildən deputata dəstək

saytların hazırlanması

Evə çatdırılma

“Belələri Erkinin bu addımını lağa qoyub...” – Vəkildən deputata dəstək

Siyasət

02 Avqust 2020 08:03 1190


"Millət vəkili Erkin Qədirli gəlir və xərclərini elan edəndə çox sevinmişdim ki, cəmiyyətdə ilk dəfə arzuladığımız baş verir. Təəssüf ki, bir neçə gündür məhz bu addımına görə Erkin bir qrup tərəfindən intensiv tənqid olunur. Bunun nədən qaynaqlandığını heç cür anlaya bilmirəm". 

“Yeni Sabah” xəbər verir ki, bu sözləri tanınmış vəkil, hüquqşünas Aslan İsmayılov deyib. Hüquqşünasın fikrincə, ağlı başında olan adam bu addımı alqışlayıb Erkin Qədirlinin üzərinə getmək əvəzinə, başqa deputatlardan, vəzifəli şəxslərdən də eyni addımlar atmalarını tələb edərdi: 

"Korrupsiyanın kökünün kəsilməsinin ilk addımı da məhz budur. Belələri Erkinin bu addımını lağa qoyub, korrupsiyanın kökünü kəsməyi ancaq ucdantutma həbslərdə, məmurları Azadlıq Meydanında asmaqda görürlər. Məhz bu qrupun aktivliyi bir çox insanları ölkədə dəyişiklik yaradacaq addımları atmaqdan çəkindirir". Toyuqlu pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!