“Demokratiyanın bir sıra fundamental prinsipləri vardır ki, onlardan da ən əsasları əks fikirliliyə hörmət, oponetlərinə münasibətdə etik davranış qaydalarına riayət etməkdir”.
Yenisabah.az xəbər verir ki, bu sözləri Azərbaycan Təkamül Partiyasının sədri Teyyub Qəni Milli Şuranın videoformatda keçirilən qapalı iclasından yayılan görüntülərə münasibət bildirərkən deyib.
Partiya sədrinin sözlərinə görə, videokfrans boyu səsləndirilən aşağılayıcı ifadələr demokratiya və insan haqları uğrunda mübarizə apardıqlarını bəyan edən siyasi qüvvəyə yaraşmır: pizza
"Yaramaz gədə", "yaramazlar", "iki üzlü", "riyakar", "üzdəniraq", "rusvayçı", "Mən çox təəsüf edirəm ki, 41-45-də Hitler qeyləri qırıb qurtarmadı..." kimi ifadələr özünü "insan haqları uğrunda mübariz" elan edən siyasətçilərə yaraşarmı və belələrini siyasətçi adlandırmaq olarmı? Ən acınacaqlı hal odur ki, bu cür təfəkkürə sahib olan "siyasətçilər" hakimiyyətə gəlmək istəyirlər!? Oppnetlərini "bədbəxtlər", "bitmiş siyasətçi" adlandıranlar heç olmasa gündə bir dəfə olsa da, güzgüyə baxırlarmı? Bədbəxt, bitmiş siyasətçilər kimlərdir, cənab Cəmil Həsənli və qadına yaraşmayan ifadələr işlədən Gültəkin xanım? Necə olur ki, sizlər Milli Məclisə "seçiləndə", sizlərə firavan həyat bəxş ediləndə bu iqtidar, onun Prezidentləri möhtəşəm, hər şeyə qadir idilər, seçilməyəndə antidemokratik, insan haqlarını pozan olurlar? Məgər aydın deyil ki, sizin və sizin kimilərin "fəaliyyəti" ölkəmizdə azad, ədalətli, demokratik cəmiyyətin qurulmasına yox, revanş almağa hesablanıb? Videokonfransın xeyli hissəsinin milli mentalitetimizə təmamilə yad olan "qərbin bir nömrəli prioritet" saydığı, "həssas yanaşdığı", mövzulara, o cümlədən seksual azlıqların hüquqlarının qorunmasına həsr edilməsində məqsəd nə idi? Və ya aydın deyilmidir ki, əsas məqsəd hesabat verdikləri, tapşırıqlarını canla-başla yerinə yetirdikləri xarici dairələrin tapşırığını yerinə yetirmək, onlara xoş gəlmək, eyni prinsipləri bölüşdüklərini nümayiş etdirməkdir? Siyasət böyük elmdir cənablar, bura ağına-bozuna fikir vermədən "ağzına gələnləri danışanların", öz şəxsi, xəbis mənafelərini milli, dövlət mənafeyindən üstün tutanların, başqalarının əlində maşa rolunu oynayanların yeri deyildir!”
Telegram kanalımız