“Bəlkə bəzi futbolçular “Qarabağ”la oyunda qəsdən 7 top buraxıblar?” - Şübhəli istefa

saytların hazırlanması

Evə çatdırılma

“Bəlkə bəzi futbolçular “Qarabağ”la oyunda qəsdən 7 top buraxıblar?” - Şübhəli istefa

İdman

01 Fevral 2024 12:04 4699


“Təəssüf ki, Murad Musayev istefa verdi. Kimə görə, nəyə görə? Rusiyalı mütəxəssis Azərbaycana gəlmiş ən yaxşı futbol mütəxəssislərdən biri idi. Bizim futbolun məhz belə səviyyəli legioner məşqçilərə ehtiyacı olub, var və bundan sonra da olacaq”. 

Yenisabah.az xəbər verir ki, bu sözləri tanınmış futbol mütəxəssisi, qol.az saytının baş redaktoru Aydın Bağırov “Sabah” futbol klubunun baş məşqçisi Murad Musayevin istefa verməsinə münasibət bildirərkən deyib. A.Bağırov son aylar təcrübəli məşqçi ilə klub rəhbərliyi arasında münasibətlərin soyuqlaşdığını, onun işinə müdaxilələrin olduğunu bildirib: 

“Xüsusən transfer məsələlərində bu müdaxilə aşkar hiss olunurdu. Komandada inkişafın qarşısını alan bu cür mənfi hallar Azərbaycan futbolunun bəlalarından biridir. Bu mənada məşqçi sözünün qulaqardına vurulduğu bir klubun dünənə qədər başabaş mübarizə apardığı əsas rəqibinə indi 1:7 hesabı ilə uduzmasında da qeyri-adi də nəsə olmamalıdır. Yeri gəlmişkən, həmin matçdakı ağır məğlubiyyətin özü belə müəyyən şübhələr yaradır. Bəlkə bəzi futbolçular "Qarabağ"la son oyunda qəsdən 7 top buraxıblar?  Marqarita pizza

Bəli, Musayevin istefası "Sabah" klubu üçün yaxşı heç nə vəd etmir. Ümid edirəm, pronozumda yanılacam. Amma klub rəhbərliyi tərəfindən işə belə qeyri-peşəkar yanaşma "Sabah"dakı problemləri yaxın gələcəkdə daha da dərinləşdirəcək”. 

Aytac ŞAHİN 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!