Dünya şöhrətli aktrisa Monika Belluçi “Madame Figaro” jurnalına poz verib.
Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, ailəsi barədə danışan aktrisa övladlarının dərslərə onlayn şəkildə davam etdiyini bildirib. Karantində xeyli dincələn M.Belluçi bundan gileylənməyib. 55 yaşlı aktrisa yeni filmin ssenarisi üzərində çalışdığını da açıqlayıb.
Jurnal üçün dəbdəbəli evində poz verən Belluçinin saçlarını qısaltması da gözdən qaçmayıb. Sosial şəbəkələrdə onun yeni imici tərif yağışına tutulub. pizza sifarişi
Telegram kanalımız