NATO və Avropa İttifaqı özlərinin Rusiya ilə qarşıdurma kursu çərçivəsində Gürcüstanda, həmçinin Ermənistan-Azərbaycan münasibətlərində gərginliyi artırırlar.
Yenisabah.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Andrey Belousov KTMT ölkələrinin müdafiə nazirlərinin Almatı iclasında bildirib.
Nazir qeyd edib ki, Alyansın ayrı-ayrı ölkələri Qafqazda mövqelərini möhkəmləndirmək istəyir və bununla da Xəzərin ehtiyatlarına, habelə Mərkəzi Asiyaya birbaşa çıxış əldə etməyə çalışırlar. Dominos pizza
Belousovun sözlərinə görə, Ermənistanla Azərbaycana ziddiyyətlərin nizamlanması üçün məcburən vasitəçilik xidmətləri, sülh sazişini istisnasız olaraq Qərb platformalarında və onların diktəsi ilə imzalamaq təklif edilir.
Telegram kanalımız