“Benfika”da “türk fırtınası” - Portuqaliya onlardan danışır 

saytların hazırlanması

Evə çatdırılma

“Benfika”da “türk fırtınası” - Portuqaliya onlardan danışır 

İdman

24 Sentyabr 2024 10:25 481


Portuqaliya Premyer Liqasında 6-cı tura yekun vurulub. 

Yenisabah.az-ın xəbərinı görə, turun son oyununda “Benfika” “Boavişta”nın qonağı olub. Görüş Lissabon təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Türkiyə millisinin “Benfika”da oynayan iki futbolçusu - Kerem Aktürkoğlu və Orkun Kökçü bu görüşdə uğurlu oyunları ilə yadda qalıb. Kerem ilk 2 qolun ötürməsini edib, Kökçü isə 2-ci qolun (31-ci dəq.) müəllifi olub. Digər 2 qolu Pavilidis (11) və Kabral (90+1) vurublar.  Toyuqlu pizza

Bununla Premyer Liqada xalını 13-ə yüksəldən "Benfika” turnir cədvəlində 3-cü yeri tutur. 

Qeyd edək ki, Aktürkoğlu yeni transfer olunduğu “Benfika”da bütün turnirlərdə keçirdiyi 3 matçda 2 qol vurub və 2 qolun ötürməsini edib. Kökçü isə 7 oyunda 3 qolun və 3 qol ötürməsinin müəllifi olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!