“Bənövşəyi” xətt üzrə 5 stansiyanın yeri dəqiqləşdirilir

saytların hazırlanması

Evə çatdırılma

“Bənövşəyi” xətt üzrə 5 stansiyanın yeri dəqiqləşdirilir

Sosial

25 Sentyabr 2025 11:27 276


Metronun “B-4” stansiyası “Bənövşəyi” xəttin “8 Noyabr” stansiyasından sonrakı stansiyası olacaq.

Yenisabah.az “APA-Economics”ə istinadla xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, Dövlət Proqramına uyğun olaraq, “Bənövşəyi xətt” üzrə daha 5 stansiya inşa olunmalıdır: pizza sifarişi

“Həmin 5 stansiyadan biri, məsələn, “B-4” stansiyasından sonrakı “B-5” stansiuası “Nizami” stansiyasının yaxınlığında yerləşəcək. Hazırda bu stansiyaların ərazilərinin dəqiqləşdirmə işləri aparılır. Həmin stansiyadan birbaşa Nizami stansiyasına keçid olacaq. “Avtovağzal” stansiyasında hərəkətə başlayan sərnişinimiz həmin stansiyadan “Nizami” stansiyasına keçməklə hərəkətini “Yaşıl” xətt üzrə davam etdirəcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!