Benzema da Səudiyyə Ərəbistanına gedir? - Qərarını verdi

saytların hazırlanması

Evə çatdırılma

Benzema da Səudiyyə Ərəbistanına gedir? - Qərarını verdi

İdman

10 Aprel 2023 15:52 863


"Real"ın futbolçusu Kərim Benzema daha 1 il Madrid təmsilçisində qalmaq qərarına gəlib. 

Yenisabah.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. 35 yaşlı hücumçu Səudiyyə Ərəbistanı komandalarından gələn təklifləri rədd edib. O, müqaviləsi başa çatana qədər - 2024-cü ilin yayınadək "kral klubu"nun formasını geyinmək istəyir. 

Qeyd edək ki, Benzema 2009-cu ildən "Real"da oynayır. Fransalı forvard indiyədək bu komanda ilə 24 kubok qazanıb. O, 2022-ci ildə "Qızıl top"a layiq görülüb.  pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!