Benzema futbolla vidalaşmağa hazırlaşır

saytların hazırlanması

Evə çatdırılma

Benzema futbolla vidalaşmağa hazırlaşır

İdman

16 Dekabr 2024 16:06 692


"Əl-İttihad"ın hücumçusu Kərim Benzema karyerasını başa vurmağı nəzərdən keçirir.

Yenisabah.az "Relevo"ya istinadla xəbər verir ki, 36 yaşlı forvard cari mövsümün sonunda futbola "əlvida" deyəcək.

Eyni zamanda, Səudiyyə Ərəbistanı klubu fransalı futbolçunun müqaviləsi başa çatanadək - 2026-cı ilin yayınadək oynayacağını gözləyir. pizza hut

Benzema artıq "Real"la razılaşıb. O, futbolçu karyerasını bitirdikdən sonra klubun səfiri vəzifəsində işləyəcək.

Kərim Benzema 2023-cü ilin yayında azad agent kimi Səudiyyə Ərəbistanı klubuna keçib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!